waplog

200 dollar qiymətində “Android” planşet


“ViewSonic” şirkəti büdcəyə uyğun “ViewPad 7e” planşet kompyuterinin oktyabr ayının sonuna kimi satışa daxil olacağını bildirib. Planşetin əsasını 1,0 QHz takt tezliyində işləyən “ARM” prosessor təşkil edir.

Planşet 512 MB əməli yaddaşa, 4 QB tutumlu fləş modula, “Bluetooth 2.1” və “Wi-Fi” (802.11 b/g/n) simsiz əlaqə adapterlərinə, 0.3 meqapiksel matrislə ön və 3 meqapiksel ilə arxa kameraya malikdir. “MicroSD” (32 QB-a qədər) kartları üçün slot, “MicroHDMİ” və “MicroUSB” portları, qulaqlıqlar üçün 3,5 millimetr yuva vardır.

7 düymlü ekran 800×600 nöqtə kəskinliyə malikdir; ziddiyyət 500:1-ə bərabərdir. Barmaq və xüsusi qələm vasitəsi ilə idarəetmə dəstəklənir. Planşetin ölçüləri 192×131×14,1 millimetr, çəkisi 450 qramdır.

“ViewPad 7e” planşeti “Android 2.3 Gingerbread” əməliyyat sistemi ilə işləyir; qiyməti təxminən 200 dollar təşkil edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL