waplog

Beynəlxalq Kosmik Stansiyaya süni intellektli robot göndəriləcək


“SpaceX” şirkəti Beynəlxalq Kosmik Stansiyaya süni intellektə malik robot göndərəcək.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, “Airbus” şirkəti tərəfindən hazırlanan “CIMON” (Crew Interactive Моbile Companion) adlı robot mahiyyət etibarilə interaktiv köməkçi rolunda çıxış edir. O, xarici görünüşünə görə böyük top şəklində olan sxematik sifətin göstərildiyi monitora bənzəyir. Tədqiqatçılar tərəfindən şar forması ona görə seçilib ki, insanabənzər robot stansiyada qorxunc görünsün. “CIMON” söhbətin tonundan asılı olaraq gülümsəyə və qəzəblənə bilir. Robot kosmik stansiya avadanlığını zədələyə və ya kosmonavtları yaralaya biləcək iti bucaq və kənarlarla təchiz edilmədiyinə görə təhlükəsiz hesab olunur. Sistemi “IBM Cloud” platforması vasitəsilə yenilənəcək robotun stansiyada olan zaman daha yaxşı işləyəcəyi bildirilir.

“CIMON” robotunun idarəetməsi Almaniya astronavtı Aleksandr Gerst tərəfindən həyata keçiriləcək. Astronavtın səsini və sifətini tanıyan robot, həmçinin, stansiyanın digər astronavtlarına kömək üçün proqramlaşdırılıb. Layihə yaradıcılarının sözlərinə görə, kosmik stansiyada süni intellekt tam təhlükəsizdir və problem yaranacağı təqdirdə onu söndürmək mümkün olacaq.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL