waplog

Simsiz implant korluğun qarşısını almağa kömək edəcək


Kaliforniya Texnologiya İnstitutunun (Caltech) tədqiqatçıları insan gözünə yerləşdirilən təzyiqölçən cihaz hazırlayıblar. Qurğu bir neçə il ərzində simsiz şəbəkə vasitəsilə xəstənin gözünün sağlamlığı barədə məlumatların ötürülməsi üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, simsiz və yüksək həssaslığa malik cihaz ABŞ ekspertləri tərəfindən ən yeni mikroelektronika texnologiyalarının köməyi və oftalmoloqlarla sıx əməkdaşlıqda hazırlanıb. O, qlaukoma xəstəsi (göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsi) olan insanlara nəzarət məqsədilə yaradılıb. Qlaukoma korluğun yayılmasına görə kataraktdan sonra ikinci səbəb hesab edilir.  

Bildirilir ki, bu gün göz təzyiqi tonometrlər vasitəsilə ölçülür, lakin bu metodun çatışmazlığı ondan ibarətdir ki, təzyiq xəstə həkimin yanında olan zaman bir dəfə ölçülür. Göz təzyiqi gün ərzində bir neçə dəfə dəyişir və bu səbəbdən həkimin əldə etdiyi məlumatlar dəqiq olmur. Prosedur, həmçinin, yerli anesteziyadan istifadəni tələb edir.

Yeni cihaz xəstənin vəziyyətini daim nəzarət altında saxlayır. Ölçüsü təxminən 2 santimetr təşkil edən qurğu təzyiqölçən cihaz, idarəetmə sxemi və antenadan ibarətdir. İmplant batareya ilə təchiz edilməyib: təzyiq haqqında məlumatların oxunması zamanı portativ skanerin radiodalğaları antena tərəfindən qəbul edilir və siqnalı əksinə göndərmək üçün qurğunu müvəqqəti aktivləşdirən gərginliyi generasiya edir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL