waplog

Virtual reallıq üçün ilk kostyum yaradılıb


“Holosuit” şirkəti “Kickstarter” platformasında əlavə və virtual reallıq proqramları üçün nəzərdə tutulan “HoloSuit” kostyumunun buraxılışı üçün 53 min dollar toplayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, unikal texnologiya 6 düymə, 36 hərəkət ötürücüsü, əl, ayaq və bədəndə yerləşən 9 əks-rabitə zonası, eləcə də 10 barmaqda əks-rabitə nöqtələri ilə təchiz edilib. Sistem tam simsiz işləyir.

Məlumata görə, kostyumu fərdi kompüter, smartfon, virtual reallıq qarniturlarına qoşmaq mümkündür. Qurğu idman oyunları, virtual reallıq attraksionları, tibb, təhsil və sənaye seqmentlərində istifadə üçün nəzərdə tutulub.

Ötürücülər və əks-rabitə ilə təchiz edilən gödəkcə, əlcək və şalvardan ibarət dəstin qiyməti 999 dollar təşkil edir. Qurğunun noyabrda satışa çıxarılması planlaşdırılır.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL