waplog

Çin “Beidou” naviqasiya sisteminin növbəti peykini orbitə çıxarıb


Çin “Beidou” milli naviqasiya sisteminin 32-ci peykini uğurla orbitə çıxarıb. Bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, bu, “Changzheng” raketdaşıyıcıları seriyasından buraxılan 280-ci raket buraxılışıdır.  

Məlumata görə, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” regional peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır. Bu baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq.

2018-ci ilin Çinin bir sıra kosmik proqramlarının inkişafında əsas il olacağı gözlənilir, eləcə də əksər layihələrin həyata keçirilməsi başlıca mərhələyə daxil olacaq. Yanvar-dekabr ərzində Çin orbitə 18 kosmik naviqasiya aparatı çıxarmağı planlaşdırır. Bunun nəticəsində “Beidou” sistemi İpək Yolu iqtisadi zonasının bütün ölkələrinin ərazisini əhatə edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL