waplog

“YouTube”da yalan xəbərlərlə mübarizə üçün 25 milyon dollar ayrılıb


 “YouTube” videohostinq şirkətinin rəhbərliyi yalan xəbərlərlə mübarizə üçün 25 milyon dolların ayrılması ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Vista News” resursuna istinadən yazır ki, fəaliyyətin həyata keçirilməsi üçün şirkət xəbərlərə aid videonun keyfiyyətinin artırılması üçün “Google News” xəbərlər aqreqatoru ilə səylərini birləşdirəcək. Bundan başqa, birgə fəaliyyətə “Vox Media”, “Jovem Pan” və “India Today” kimi kütləvi informasiya vasitələrinin cəlb edilməsi planlaşdırılır.

Məlumata görə, qeyd olunan məbləğ “YouTube” və “Google News” üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün kontentin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər hazırlayacaq xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.

Nüfuzlu xəbər mənbələrinin xüsusilə dəstəklənəcəyi, “Ən yaxşı xəbərlər” funksiyasının isə təkmilləşdirilərək daha çox axtarış nəticələri təqdim edəcəyi bildirilir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL