waplog

“Nokia” şirkəti Çində “5G” şəbəkəsi quracaq


Finlandiyanın “Nokia” şirkəti və Çinin “China Mobile” mobil rabitə operatoru arasında 1 milyard avro dəyərində saziş imzalanıb. Saziş çərçivəsində Finlandiya şirkəti Çin tərəfdaşına beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) keçid üçün texnologiyalar təqdim edəcək, eləcə də konsaltinq xidmətləri göstərəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “RBC” resursuna istinadən yazır ki, məlumata görə, “Nokia”, həmçinin, stasionar və mobil radiorabitə vasitələri üçün infrastruktur, optik rabitə xətləri və İP marşrutlayıcıları üçün texnologiyalar təqdim edəcək, eləcə də müştərilərlə əlaqə sahəsində yenilikləri bölüşəcək.

Bundan başqa, şirkətlər yeni məhsul və xidmətlərin inkişafı üçün bazarı birgə tədqiq edərək əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

Bu ilin fevralında şirkətlər süni intellekt və Çində “5G” şəbəkələrinin inkişafı sahəsində birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalayıblar. Saziş imzalanandan sonra “Nokia” şirkətinin səhmlərinin dəyəri 1,3 faiz bahalaşıb.  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL