waplog

“Ağıllı” “Xiaomi” kondisioneri təqdim olunub


Çinin "Xiaomi" şirkəti müasir "ağıllı" ev üçün yeni məişət cihazı – "Mijia Smart Air Conditioner" adlı kondisioner sistemi təqdim edib.
  
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, yeni qurğunun korpusu paralelepiped şəklində lakonik dizayndan ibarətdir. Ön tərəfdə kiçik informativ "LED" ekran yerləşir.
 
Kondisioner 21 м2 sahəyə malik otağı soyudur, istilik rejimində isə 23 м2 sahəli mənzili isidir (900 Vatt gücündə qızdırıcı elementdən istifadə olunur).
 
Sistem otaqda havanın keyfiyyətini artıran yuyulan antibakterial filtrlə təchiz edilib.
 
Qurğu ilə əlaqə smartfon üçün "Mi Home" mobil əlavəsi vasitəsilə həyata keçirilir: istifadəçilər istənilən temperaturu qura, eləcə də soyutma və ya isitmə üçün vaxt intervallarını təyin edə bilərlər.
  
Təxmini qiyməti 320 dollar təşkil edəcək "Xiaomi Mijia Smart Air Conditioner" kondisionerinin nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
 
Qeyd edək ki, "Xiaomi" şirkəti, həmçinin internetə qoşulan, sensor displey, "Wi-Fi" və "Bluetooth" simsiz rabitə adapterləri ilə təchiz edilən "ağıllı" soyuducuların istehsalını planlaşdırır.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL