waplog

Ən kiçik kondisioner yaradılıb


Çin mühəndisləri “Arctic Air” adlı dünyanın ən kiçik kondisionerini yaradıblar. 16х16х17 qabaritə malik yeni qurğu işinin öhdəsindən yaxşı gəlir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life www.life.ru” resursuna istinadən yazır ki, havaötürən və hava çıxaran prinsipi üzrə işləyən kondisioner iki ventilyatora malik olmaqla isti havanı su filtri vasitəsilə buraxır və soyuq havanı üfürür. Su filtrinin maye tutumu 750 ml təşkil edir ki, bu da qurğudan su tam buxarlanıb qurtaranadək 8-9 saat istifadə etməyə imkan verir. Ventilyatorların səsi təxminən 68 desibelə bərabərdir. Bu, ondan yataq otağında istifadəyə şərait yaradır.
 
800 qram çəkisi olan portativ kondisioneri istifadəçi özü ilə işə apara bilər. “Arctic Air” kondisioneri həm USB-yə, həm də rozetkaya qoşularaq istifadə olunur.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL