waplog

Pentaqon hərbi məqsədlər üçün süni intellekt mərkəzi yaradıb


ABŞ Müdafiə Nazirliyi hərbi məqsədlər üçün süni intellektin layihələndirilməsi ilə bağlı qərar qəbul edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech www.popmech.ru” resursuna istinadən yazır ki, süni intellekt məsələsini 2016-cı ilin oktyabrından nəzərdən keçirən nazirlik Birləşmiş Süni İntellekt Mərkəzi yaratmaqla bu ideyanı reallığa çevirib.
 
Məlumata görə, hərbi məqsədlər üçün süni intellektin hazırlanması mərkəzində süni intellekt texnologiyaları ilə əlaqədar 600-ə yaxın layihənin yaradılması planlaşdırılır. Hazırda Pentaqon ABŞ Konqresinə mərkəzin növbəti 6 il üçün 1,7 milyard dollar məbləğində maliyyələşdirilməsi üçün müraciət edib.  
 
Mərkəzin təsis edilməsinə həsr edilən rəsmi memorandumda ABŞ müdafiə naziri Patrik Şenhen bildirib ki, süni intellekt sahəsində tədqiqatlar gələcəkdə hərbi əməliyyatların aparılmasını dəyişəcək və hərbçilərin süni intellektə yeni yanaşması olmalıdır. Bu, onlara istənilən yeni tədqiqatları operativ işə və döyüş üsullarına tez inteqrasiya etməyə imkan verəcək.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL