waplog

“Ağıllı” zibil vedrəsi təqdim edilib


Qurğu avtomatik şəkildə qapağı açır və bağlayır, zibil paketlərini dəyişdirir və xoşagəlməz qoxunun yayılmasının qarşısını alır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Çin şirkəti tərəfindən təqdim edilmiş “ağıllı” zibil vedrəsi qapağı avtomatik açır və zibil paketlərini qablaşdırır, “GizmoChina” nəşri yazır.
 
Qurğunun çəkisi 3,5 kq, hündürlüyü 40 sm və tutumu 15 litrdir. İstifadəçi yaxınlaşdıqda zibil vedrəsinin qapağı avtomatik açılır. “Ağıllı” zibil vedrəsi zibil paketlərini qablaşdırır və paketləri özü dəyişdirə bilir. Qapaq hermetik olduğundan zibilin qoxusu yayılmayaraq həşəratları özünə cəlb etmir.
 
“Ağıllı” zibil vedrəsi 11 sentyabrda satışa çıxarılacaq. Qiyməti 29 dollar təşkil edəcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL