waplog

“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq


ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan "ağıllı" eynək yaradıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, Stenford Universitetinin yeni texnologiyası presbiopiya xəstəliyi – insanın yaxın məsafədən kiçik şriftləri və xırda əşyaları görə bilmədiyi gözün refraksiya anomaliyası ilə mübarizə üçün yaradılıb. Görmənin təbii oriyentasiyasını təmin edə bilməyən ənənəvi presbiopiya korreksiya formaları yalnız insana baxmağa imkan verən görmə diapazonunu genişləndirir.
 
Məlumata görə, "Autofocals" adlanan presbiopiya korreksiya texnologiyası baxılacaq əşyaya avtomatik fokuslanmağa imkan verir. Eynək linzanın fokuslanma məsafəsini dəyişərək istifadəçinin baxış istiqamətinə yönəlir. Optikaya dəyişən fokuslama məsafəsinə və güc təzyiqi nəticəsində formasını dəyişərək linzanı əyməklə fokuslama məsafəsini dəyişən mayeyə malik xüsusi linzalar quraşdırılıb. Kameralar sistemi gözün vəziyyətini izləyir, hərəkət ötürücüləri baxış istiqamətini qeydə alır, xüsusi alqoritm isə fokuslama nöqtələrinin koordinatlarını aşkarlayır və linzanın fokuslama məsafəsini dəyişməklə lazımi obyektə baxmağa imkan verir.
 
Texnologiya yaradıcılarının sözlərinə görə, hazırda görmə korreksiyası problemi üçün ideal kommersiya həlli mövcud olmasa da, "Autofocals" texnologiyası bu istiqamətdə vacib addım ola bilər.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL