waplog

Yaponiya “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır


Yaponiya hökuməti “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır. Bu haqda “Yomiuri” qəzeti məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, peyklərin orbitə buraxılışını 2024-cü ildən 2028-ci ilədək həyata keçirmək planlaşdırılır. Bu vaxtadək isə yaponiyalı mütəxəssislər “kosmik zibil”in aşkar edilməsi və həmin informasiyanın Yer kürəsinə ötürülməsi texnologiyası üzərində işləyəcəklər. Yaponiya öz peyklərinin orbitdə qalan raket və başqa aparatların qırıntıları ilə toqquşmasından ehtiyat edir.
 
Ekspertlərin qiymətləndirməsinə görə, yerətrafı orbitdə təxminən 150 milyon detal və fraqment mövcuddur. Bunlar peyk və başqa aparatların orbitə buraxılışından sonra kosmosda yığılıb qalıb. Araşdırmalara görə, belə “kosmik zibil”lə  toqquşma peyklərin antena, günəş panelləri və başqa avadanlığına zərər vura bilər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL