waplog

Bu gün yeni “iPhone” smartfonları təqdim ediləcək


“Apple” şirkəti sentyabrın 12-də yeni “iPhone” smartfon modellərini nümayiş etdirəcək. Təqdimata bir sıra KİV nümayəndələri dəvət edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında təşkil olunacaq təqdimatda 3 yeni “iPhone” modelinin nümayiş ediləcəyi gözlənilir. Bundan başqa, yenilənmiş “MacBook Air” noutbukunun, “Apple Watch” saatının və ya “iPad” planşetinin təqdim ediləcəyi istisna edilmir. Yeni qurğuların dəqiq texniki xüsusiyyətləri təqdimat zamanı məlum olacaq.

Yeni “iPhone” modellərinin nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL