waplog

“Amazon” 2021-ci ilədək kassirsiz işləyən 3 min mağaza açmağı planlaşdırır


“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti 2021-ci ilədək kassasız, satıcısız və növbəsiz şəkildə işləyən 3000-dək avtomatlaşdırılmış supermarket istifadəyə verməyi planlaşdırır. Şirkət 2016-cı ilin sonunda Siyetldə “Go” adlı ilk avtomatlaşdırılmış supermarketini açıb. 1 ay əvvəl Siyetldə ikinci belə supermarket istifadəyə verilib. Üçüncü belə mağaza ötən həftə Çikaqoda açılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” resursuna istinadən yazır ki, belə mağazadan istifadə etmək üçün alıcı öz mobil qurğusuna mobil tətbiq quraşdırmalı, bundan sonra cihazı supermarketin girişində quraşdırılmış oxuducu qurğuya yaxınlaşdırmalıdır. Bundan sonra məhsulu seçərək zənbilə qoymaq olar. Mağazada qurulmuş “ağıllı” sensor və skanerlər sistemi məhsul və onun qiymətini müəyyənləşdirəcək. Mağazadan çıxarkən zənbilə əlavə edilmiş məhsulların yekun qiyməti alıcının hesabından avtomatik çıxılacaq. Hansısa məhsulu geri qaytarmaq üçün onu, sadəcə, öz yerinə qoymaq lazımdır. 

 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL