waplog

“Xiaomi” şirkəti ucuz noutbuk təqdim edəcək


“Xiaomi” şirkəti “Xiaomi Notebook Youth Edition” adlı ən ucuz noutbukunu elan edib. Noutbukun qiyməti 670 dollar təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” resursuna istinadən yazır ki, bu model “FullHD” təsvir ölçülü 15,6 düymlük diaqonallı displey, “Intel Corei i5” prosessoru, 8 QB-lıq əməli yaddaş, həmçinin “GeForce MX110” videokartı ilə təchiz ediləcək.
 
Bundan başqa, “Xiaomi Notebook Youth Edition” noutbukunda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, 1 QB-lik “Ethernet”, “HDMI” portu, 1 ədəd “USB 2.0” və 2 ədəd “USB 3.0” konnektorları mövcud olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL