waplog

“Apple” şirkəti istifadəçiləri izləyir?


“Apple” şirkəti “iOS 12” mobil əməliyyat sisteminə zəngləri və elektron yazışmanı izləmək imkanı əlavə edib. Bu barədə “iTunes” virtual mağazasının məxfilik qaydalarında yazılıb.
 
“The Independent” nəşri yazır ki, “Apple” korporasiyası istifadəçilərin etibarını qiymətləndirmək üçün məlumat toplanılmasına başlayacaq. Metod şəxsi hesabı fırıldaqçılardan qorumağa və real insan tərəfindən alış-veriş edildiyini müəyyənləşdirməyə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” resursuna istinadən yazır ki, şirkətin rəsmisi iddia edir ki, şəxsi informasiyaya müdaxilə edilməyəcək. "Məlumatların təqdim edilməsi elə həyata keçirilir ki, “Apple” sizin qurğunuzun göstəriciləri haqda informasiyaya müdaxilə edə bilməz. Məlumatlar məhdud vaxt ərzində serverlərdə saxlanılır" – sənədin yenilənmiş versiyasında qeyd olunub.
 
Məlumat üçün bildirək ki, “iOS 12” əməliyyat sistemi 17 sentyabrda təqdim edilib. Yeniliklərin çox hissəsi işin sürəti və optimallaşdırma ilə bağlıdır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL