waplog

Dünyada ən yaxşı ekranlı smartfon hansıdır?


“DisplayMate” şirkəti yeni “iPhone XS Max” smartfonunu sınaqdan keçirib. Ekspertlər smartfonun ekranını ən yüksək bala layiq görərək onu dünyada mövcud olan qurğu ekranlarının ən yaxşısı seçiblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, modelin ekranı ən aşağı (4,7 faiz) refleksiya göstəricisi nümayiş etdirib, onun mütləq rəngvermə dəqiqliyi isə 0.8 JNCD təşkil edib. Şirkət nümayəndələrinin sözlərinə görə, smartfon ideal rəng kalibrli və təsir bağışlayan məhsuldarlıqlı ən yüksək kateqoriyaya malik ekranla təchiz olunub.  

Qeyd edək ki, ekspertlər tərəfindən əvvəlki ən yaxşı ekrana malik smartfon kimi “Samsung Galaxy Note 9” seçilib. O zaman mütəxəssislər qeyd edib ki, bu, indiyədək laboratoriyada sınağı keçirilən ən innovativ və yüksək məhsuldarlığa malik smartfondur. Qurğu liderliyini təxminən 1 ay qoruyub saxlaya bilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL