waplog

Çində dünyanın ən böyük aerodinamik borusu tikilib


Çində ən böyük və ən qabaqcıl aerodinamik boru inşa edilib. Tikili aviasiya texnikası prototiplərinin 360-2 min km sürət diapazonunda sınaqları üçün nəzərdə tutulub.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, üfürülən maketlərin maksimal ölçüsü 2.4х2.4 metr təşkil edəcək. Tikilinin ümumi həcmi 17 min kubmetr, avadanlığın çəkisi 6620 tondur. Borunun istismarı üçün 80 meqavat (MVt) elektrik enerjisi tələb olunur.  

Adi sınaqlara əlavə olaraq aerodinamik boruda aeroelastiklik, dinamik modelləşdirmə, sürət vektoru, akustika və çoxşüalı interferensiyaya aid xüsusi test imkanlarından yararlanmaq mümkün olacaq.

Məlumata görə, 2012-ci ildə təsdiq edilən layihə Çin Milli Müdafiə Elmi-Texniki Bürosu tərəfindən təsdiq edilən vahid iri investisiya layihəsidir. O, ölkənin aviasiya sənayesinin inkişafı üçün fundamental strateji obyekt statusunu özündə əks etdirir.

Yeni obyekt AVIC aerodinamik tədqiqat institutu tərəfindən Şenyan şəhərində tikilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL