waplog

“Chrome” brauzerində genişlənmələrə olan tələblər sərtləşdiriləcək


ABŞ-ın “Google” korporasiyası “Chrome” brauzerində genişlənmələrə olan tələbləri sərtləşdirib.
 
"Biz yaxın vaxtlarda çoxaxınlı freymlər (OOPIF) texnologiyasını işə salaraq və kənar saytlardan genişlənmələrin quraşdırılmasından imtina edərək brauzer üçün genişlənmələrdə təhlükəsizliyin yüksəldilməsi ilə bağlı bir sıra addımlar atmışıq, həmçinin zərərli genişlənmələri aşkar etmək və bloklamaq üzrə xeyli təcrübə toplamışıq. İndi “Chrome” üçün genişlənmələrin işində daha fundamental dəyişikliklər həyata keçiririk" – məlumatda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, indi istifadəçilər genişlənmələrin məlumata girişini məhdudlaşdırmaq imkanına malik olacaq. İstifadəçi genişlənmənin internetdə konkret səhifəyə girişi üçün icazəni təsdiq etməli olacaq.
 
Dəyişikliklər brauzerin oktyabr-dekabr aylarında təqdim ediləcək yeni 70-ci versiyasında başlanğıc ayar kimi işləyəcək.
 
“Google Chrome” brauzeri “Google” şirkətinin pulsuz proqram təminatıdır, müxtəlif əməliyyat sistemlərini dəstəkləyir. 2008-ci ildə ictimaiyyətə təqdim olunub.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL