waplog

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq


Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez ölçən neyroşəbəkə hazırlayıblar. Texnologiya zəlzələ və sunamilərin proqnozlaşdırılmasının dəqiqliyini artırmağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, zəlzələ və ya sunamilər zamanı pyezomaqnit adlanan effekt baş verir – parçalanma nəticəsində çıxan böyük miqdarda enerji geomaqnit sahəsinin lokal dəyişikliyinə səbəb olur.

Məlumata görə, təbii fəlakətlərin proqnozlaşdırılması zamanı əsas vəzifə dəyişiklikləri izləmək və əhalini ikinci dağıdıcı dalğa yaşayış ərazilərinə yaxınlaşmazdan əvvəl xəbərdar etməkdən ibarətdir.   

Seysmoloqlar tərəfindən neyroşəbəkəyə Yaponiya ərazisində yüzlərlə nöqtədə maqnit sahəsində baş verən tarixi dəyişikliklər üzrə aparılan müşahidələr haqqında məlumatlar yüklənilib. Nəticədə onlar təbii fəlakətlərlə əlaqədar dəyişiklikləri təxminən 100 faiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaratmağa nail olublar.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL