waplog

“Facebook Messenger” istifadəçilərə göndərilmiş mesajları silməyə imkan verəcək


“Facebook” sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş  mesajları silməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, məlumata görə, “Facebook Messenger”in istifadəçiləri göndərilmiş mesajları yalnız öz çatından deyil, həmçinin qəbul edənin çatından silə biləcəklər. Sözügedən funksiyanın bütün istifadəçilərə əlçatan olacağı vaxt dəqiq məlum deyil, amma bildirilib ki, bu, yaxın gələcəkdə baş verəcək. Çox güman ki, mesajı göndərilmə anından ötən müəyyən müddət ərzində silmək mümkün olacaq.
 
Məlumat üçün bildirək ki, belə imkan artıq başqa sosial şəbəkə və messencerlərdə, həmçinin “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində reallaşdırılıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL