waplog

İnsanın hərəkəti nəticəsində əldə olunan enerji elektron qurğuların şarjında istifadə ediləcək


Çin alimləri tərəfindən hazırlanmış yeni nanogenerator insanın hərəkəti nəticəsində əldə olunan enerji ilə fərdi daşınabilən elektron qurğuları fasiləsiz təmin etmək qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bir qayda olaraq, daşınabilən elektron qurğular tez-tez enerji doldurulması və ya batareyanın dəyişdirilməsini tələb edir. Sözügedən qurğuların ekoloji və uzunmüddətli elektrik enerjisi ilə təmini, həmçinin onlar üçün elastik, rahat və yuyulmağa dayanıqlı enerji mənbələrinin yaradılması aktual məsələ olaraq qalır.
 
Çjençjousk Universitetinin alimləri hidrofob nanolifdən yuyulmağa davamlı daşınabilən nanogenerator düzəldiblər. Yeni hazırlama parça strukturuna malikdir və geyimə bərkidilir. O, insanın hərəkəti nəticəsində əldə edilən mexaniki enerjini elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL