waplog

Kredit kartı ölçüsündə smartfon təqdim edilib


Yaponiyanın “Kyocera” yüksəktexnologiyalı şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, qurğunun qalınlığı 5,3 mm təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.
 
Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.
 
1 ay ərzində bazara çıxarılacaq qurğunun qiyməti 284 dollar məbləğində qiymətləndirilir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL