waplog

“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək


“Samsung” şirkəti 7 nanometrlik “7LPP” (Low Power Plus) texnoloji prosesi üzrə çip istehsalına başlayıb. Yeni texnologiya 10 nm-lik “FinFET” prosessorları ilə müqayisədə 40% daha az yer tutan və eyni zamanda 20% daha məhsuldar olan yarımkeçiricilər istehsal etməyə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, nəticədə belə çiplər quraşdırılacaq smartfon və başqa elektronika daha sürətli və uzun müddət işləyə bilər, həmçinin fiziki ölçüləri kiçik olacaq.
 
“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış çiplər “5G” şəbəkələr üçün avadanlıq, məlumat mərkəzləri, süni intellekt sistemləri və “Əşyalar interneti” cihazlarında tətbiq edilə bilər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL