waplog

Yüksək Texnologiyalar Parkı “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlığa başladı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə "Azercell Telekom" MMC-nin "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi  əməkdaşlığa başlayır.
 
Bu gün iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, Yüksək Texnologiyalar Parkı ilə "Azercell" arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək müştərək layihələr hazırlanacaq.
 
Bundan əlavə, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.
 
Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resurslar və imkanlarla  tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.
 
Qeyd edək ki, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azərbaycanda biznes innovasiyasını artırmaq, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə dəstək olmaq məqsədi ilə fəaliyyətə başlayıb.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL