waplog

10 giqabayt operativ yaddaşlı ilk smartfon təqdim edilib


“Xiaomi” şirkəti “Black Shark Helo” oyun smartfonunu təqdim edib. Bu, dünyada 10 giqabayt tutumlu operativ yaddaşa malik ilk qurğudur.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfon “HDR” rejimini dəstəkləyən 6 düym diaqonallı “AMOLED” ekran, iki ön stereodinamik, “Snapdragon 845” prosessor və 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 12+20 meqapiksel, ön kameranın isə 20 meqapiksel təşkil edir. Yeni qurğunun çəkisi 190 qrama bərabərdir.

Məlumata görə, yan tərəflərdə işıq diodlu zolaqlar quraşdırılıb. Onların işini xüsusi əlavə vasitəsilə sazlamaq mümkündür. Bundan başqa, smartfon oyun həvəskarları üçün müxtəlif proqram funksiyalarına malikdir. Məsələn, onların birində bütün oyunlarda əldə olunan uğurlara baxmaq, digərində isə qurğunun məhsuldarlığını tənzimləmək mümkündür.

Smartfon, həmçinin su soyutma sistemi ilə diqqəti cəlb edir. O, prosessorun temperaturunu 12 dərəcə azaltmağa imkan verən maye ilə doldurulmuş iki borucuqdan ibarətdir.

Artıq Çində ilkin sifarişlərin qəbuluna başlanıldığı qurğu beynəlxalq satışa “Xiaomi Black Shark 2” adı ilə çıxarılacaq. Üç versiyada olacaq “Black Shark Helo” smartfonunun qiyməti yaddaş tutumuna görə dəyişir (6+128 giqabayt 460 dollar, 8+128 giqabayt 505 dollar və 10+256 giqabayt 605 dollar təşkil edir).  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL