waplog

İlk kosmik bank genləri orbitə göndərilib


Çinin “ShainghaiManWeiTechnology” şirkəti ilk kosmik bank genlərini orbitə çıxarıb. Raket buraxılışı Tanyuan kosmodromunda “Changzheng-4” raketdaşıyıcısı vasitəsilə həyata keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, layihə təşkilatçılarının sözlərinə görə, xüsusi konteynerə 8 Çin vətəndaşının təxminən min il təhlükəsiz qalacaq genləri yerləşdirilib.

Məlumata görə, bank 400 il sonra Yer kürəsində resursların tükənməsi və əhali sayının çoxalması ilə bağlı təhlükə səbəbindən yaradılıb.

Alimlərin fikrincə, kosmik bank genləri yeni bəşəriyyət sivilizasiyası yaratmağa kömək edəcək.
İdeyanın inkişafını planlaşdıran “ShainghaiManWeiTechnology” gələcəkdə Mars və Yer kürəsinə bənzər digər planetlərə göndəriləcək milyonlarla nümunəni özündə birləşdirən bank formalaşdırmaq niyyətindədir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL