waplog

Çinlilər “MacBook Air” noutbukunun nazik klonunu hazırlayıblar


Çinlilər “MacBook Air” noutbukunun nazik klonunu hazırlayıblar. Noutbuk hətta ölçülərinə görə demək olar ki, “Apple”-ın orijinalından geri qalmır.

13.3 düymlü ekran ilə “MacBook Air” noutbukunun ölçüləri 325x227x17 millimetr, çəkisi isə 1,35 kq təşkil edir. Amerika leptopunun klonu yalnız 0,01 kq ağır və 0,2 millimetr qalındır. Qurğu alüminium korpusda hazırlanıb.

Klonun texniki xüsusiyyətləri orijinaldan aşağıdır. Yenilik 1366x768 piksel kəskinlikli 13,3 düym ekrana, 1.86 QHz takt tezlikli, 2 nüvəli “İntel Atom N2800” prosessoruna, inteqrasiya edilmiş qrafik nüvəyə, 2 QB əməli yaddaşa, 32 QB tutumlu SSD daşıyıcıya, kardriderə, 2 USB porta və “mini-HDMİ” çıxışına malikdir. Modelin avtonom iş müddəti təxminən 3 saat yarıma çatır. Çində qurğu noyabr ayında bazara çıxacaq. Qiyməti 470 dollar olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL