waplog

Çində avtomatlaşdırılmış polis bölməsi fəaliyyətə başlayıb


Çində işçi heyəti olmayan polis bölməsi fəaliyyətə başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu, Çində gecə-gündüz işləyən, sərhədin keçilməsi, yaşayış yeri üzrə qeydiyyatın əldə edilməsi və nəqliyyat vasitələrinin idarəetməsi üzrə xidmət göstərən ilk tamamilə avtomatlaşdırılmış polis bölməsidir.
 
Polis bölməsində sifətin tanınması, süni intellekt texnologiyaları tətbiq edilib. Xidmətlərdən istifadə etmək üçün displeyə toxunuş etmək lazımdır, bundan sonra şəxsiyyət vəsiqəsi, yaşayış icazəsi, giriş-çıxış vizasında qeyd rəsmiləşdirmək, nəqliyyat vasitələrinin cərimə və müsadirəsini, ictimai asayişə nəzarəti həyata keçirmək olar.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL