waplog

Fiziki məhdudiyyətli insanların videolara baxışını asanlaşdıracaq süni intellekt sistemi hazırlanır


Videoçarxlar, uzun müddət olar ki, sosial şəbəkələrin əsas məzmununu təşkil edir. Ancaq fiziki məhdudiyyətli istifadəçilər bu imkandan yararlana bilmirlər. İndi “Facebook” tərəfindən üzərində iş aparılan “VideoStory” sistemi bu problemi aradan qaldırmalıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, sistemin əsasını təşkil edən neyron şəbəkəsi videonu təhlil edir və ekranda baş verənləri başa düşməyə imkan verən ətraflı təsvir generasiya edir.
 
Tərtibatçılar qeyd ediblər ki, süni intellekt sosial şəbəkələrdə yerləşdirilmiş 20 min məşhur videoçarx, həmçinin 123 min təsvir üzərində təlim keçib.
 
“Facebook”un nümayəndəsinin sözlərinə görə, sözügedən sistemin video üçün təsvir generasiya etməsinə baxmayaraq, əksər hallarda bu təsvir ekranda baş verənləri tam keyfiyyətdə çatdıra bilmir.
 
Bununla belə, tərtibatçılar bildirirlər ki, “VideoStory” videoməzmunu təsvir edən sistemin yaradılması üçün yaxşı vasitədir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL