waplog

Yeni “Apple” kompüterlərində “Linux” sisteminin quraşdırılması dayandırılıb


"Apple" şirkəti "Apple T2" təhlükəsizlik çipinə malik kompüterlərdə "Linux" əməliyyat sisteminin dəstəklənməsini dayandırıb.  

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "Apple T2" çipi "iMac Pro", eləcə də 2018-ci il buraxılışlı yeni "Mac Mini", "MacBook Air" və "MacBook Pro" qurğularında istifadə olunur. Bu kompüterlər üçün "Windows" əməliyyat sisteminin quraşdırılmasının davam etdirilməsinə baxmayaraq "Linux" proqram təminatının dəstəklənməsi dayandırılıb. Nəticədə çip yeni fərdi kompüterlərdə "Linux" sisteminin yüklənilməsini bloklamağa başlayıb.

Prinsip etibarilə belə kompüterlərə "Linux" sisteminin quraşdırılması hələlik mümkün olsa da, bunun üçün təhlükəsiz yüklənilmə yardımçı kompüter proqramında (utility) "Təhlükəsiz yüklənilmə" funksiyasını söndürmək tələb olunur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL