waplog

Bir neçə ay uçan “Boeing” pilotsuz uçuş aparatı təqdim edilib


“Boeing” korporasiyasının “Aurora Flight Sciences” törəmə şirkəti günəş batareyaları ilə işləyən pilotsuz uçan aparat təqdim edib. “Odysseus” adlanan qurğu bir neçə ay ərzində uça bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, aparat yaradıcılarının sözlərinə görə, “Odysseus” pilotsuz uçan aparat və peyk arasında hibriddir. Aparatın qanadlarında Günəş işığının akkumulyasiyası üçün panellər quraşdırılıb. Yüksək hündürlükdə uçaraq mülki hava gəmilərinə mane olmayan “Odysseus” ilk növbədə meteoroloji tədqiqatlar üçün nəzərdə tutulub.

Məlumata görə, havada bir neçə ay qalması ilə seçilən pilotsuz uçan aparat yerüstü mərkəzlə daim əlaqə saxlaya bilir. O, həmçinin, məsələn, yanacaqla işləyən hərbi pilotsuz uçan aparatlar kimi atmosferi çirkləndirmir.

“Odysseus” pilotsuz uçan aparatının ilk uçuşu 2019-cu ilin yazına planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL