waplog

Smartfonların sınmasının ən geniş yayılmış səbəbi məlum olub


“SquareTrade” şirkətinin analitikləri amerikalı istifadəçilər tərəfindən istehlak edilən smartfonların əsas sınma səbəbini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, araşdırma nəticəsində məlum olub ki, telefon sahiblərinin 66%-i öz cihazını sındırıb. Təxminən 29% halda ekran sınıb – ABŞ-da 1 il ərzində 50 milyondan çox cihaz yararsız olub və onların təmirinə ümumilikdə 3,4 milyard dollar sərf olunub.
 
Telefon sahibləri, həmçinin cızıq ekran (27%), nasaz batareya (22%), korpusun kənar hissələrinin korlanması və sensor idarəetmənin disfunksiyası (16%) kimi problemlərlə təmir mərkəzlərinə müraciət ediblər.  
 
Ekspertlərin sözlərinə görə, sınma halları əksər hallarda istifadəçilərin cihazla yöndəmsiz davranışı nəticəsində baş verib. Məsələn, 74% halda  smartfon yerə düşmədən sonra sınır. 39% halda telefon suya, 26% halda isə tualetə düşüb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL