waplog

“Sony” şirkəti “PlayStation Classic” oyun konsolunun satışına başlayır


"Sony" şirkəti "PlayStation Classic" oyun konsolunun Yaponiya və başqa ölkələrdə satışına başlayır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "PlayStation" saytının informasiyasına əsasən, yeni modelin sahiblərinə oyun konsolu ilə birgə öncədən quraşdırılmış 20 nostalji oyun əlçatan olacaq. Onların arasında "Grand Theft Auto", "Metal Gear Solid" və "Rayman" kimi oyunlar var.
 
Kiçik ölçüdə hazırlanmış yeni oyun konsolunu asanlıqla cibə yerləşdirmək mümkündür.
 
 
"PlayStation" oyun konsolunun ilk modeli 3 dekabr 1994-cü ildə satışa çıxarılıb, həmin modelin ölçüsü indikindən 45% böyük olub. Yeni "PlayStation Classic" oyun konsolunun çəkisi 170 qr-dır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL