waplog

“Facebook”da neqativ şərhlər yazdığı üçün “Apple” əməkdaşını işdən çıxarıb


“Apple” şirkəti öz Britaniya mağazalarından birinin əməkdaşını “Facebook” sosial şəbəkəsində “Apple” haqqında neqativ şərhlər yazdığına görə işdən çıxarıb.

“İfoAppleStore” resursu bildirib ki, işdən çıxarılmış əməkdaş sonra məhkəməyə şikayət verib. O bildirib ki, şirkət onu çıxarmaq hüququna malik deyil, çünki bu postdakı məlumatlar “Facebook”da gizli olub.

İşə baxdıqdan sonra məhkəmə nümayəndələri “Apple” şirkətinin bu insanı çıxartmaqda formal hüquqa malik olması haqqında qərar çıxarıb. Belə ki, şirkətin qaydaları sosial saytlarda “Apple” haqqında neqativ şərhlər yazmağı birbaşa qadağan edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL