waplog

Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb


“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən 10 ən populyar smartfonu açıqlayıb. Reytinq şirkətin saytında dərc olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, siyahıya reytinqi 97 faiz təşkil edən “Xiaomi Mi 8 Explorer Edition” smartfonu başçılıq edir. İkinci yerdə “Samsung Galaxy S9+”, üçüncüdə isə “Meizu 16th” modelləri qərarlaşıb. Bu smartfonlar 96 faiz reytinq göstəricisi toplayıblar.

Bildirilir ki, “Huawei Mate 10 Pro”, “Oppo Find X” və “Meizu 16th Plus” hərəyə 95 faiz toplayaraq dördüncü və altıncı yerləri bölüşüblər. Reytinqin yeddinci pilləsində “OnePlus 6”, səkkizincidə “Huawei Mate 10”, önə çıxan kamera ilə təchiz edilən “Vivo NEX Ultimate” modeli isə doqquzuncuda yer alıb.

Liderlər onluğunu ötən ilin qabaqcıl “Samsung Galaxy S8+” smartfonu tamamlayıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL