waplog

Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 14.12.2018-ci il tarixində saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Biləsuvar rayonunda                025 2951335
Cəlilabad rayonunda                025 2452248
Salyan rayonunda                     021 2550615
Neftçala rayonunda                  021 2633628
Cəbrayıl rayonu  üzrə               026 3843899
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL