waplog

“Sony” ziyana düşəcək


Yaponiyada istehlak elektronikasının ən böyük istehsalçılarından biri olan “Sony” korporasiyası 2011-2012 maliyyə ilinin nəticəsinə əsasən, 90 milyard yena (1.2 milyard dollar) ölçüsündə ziyan proqnozlaşdırır. Buna səbəb Taylandda baş vermiş daşqınlar, ABŞ və Avropada satışların azalmasıdır.

“Sony” korporasiyasının əsas biznesi maye kristal televizor və panellərin istehsalı üzrə artıq 7 ildir ki ziyana məruz qalıb. Səbəb isə televizorlara marağın azalması, həmçinin Koreyanın “Samsung Electronics” şirkəti tərəfindən artan rəqabətdir.

“Sony” korporasiyası ziyandan çıxmaq üçün öz televiziya biznesini yenidən təşkil etməyi qərara alıb. “Sony” korporasiyasının xalis ziyanı 42,48 milyard yena (542 milyon dollar) təşkil edib, halbuki 1 il əvvəl analoji dövrdə şirkət 56,88 milyard yena ölçüsündə xalis gəlir əldə etmişdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL