waplog

Ümumistifadəli telekommunikasiya şəbəkəsində istifadə üçün operatorlara yeni prefikslər ayrılmışdır


Görülmüş tədbirlər nəticəsində ölkədə fəaliyyət göstərən mobil operatorların tətbiq etdiyi beynəlxalq rouminq tariflərinin aşağı salınmasına nail olunmuşdur. Hazırda bu istiqamətində xarici operatorlarla danışıqların aparılması prosesi davam etdirilir.

Bundan başqa, 2011-ci ilin 9 ayı ərzində ümumistifadəli telekommunikasiya şəbəkəsində istifadə üçün operatorlara, hüquqi və fiziki şəxslərə sorğuların cavablandırılması və intellektual xidmətin təşkili üçün 21 ədəd üçrəqəmli nömrə, stasionar telefon rabitəsi xidməti üçün 51300 ədəd prefiks, mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması üçün 10 001 ədəd prefiks və 32 ədəd milli nöqtə (point) kodu, simsiz (mobil istisna olmaqla) telefon rabitəsi xidmətinin təşkili üçün 51 300 prefiks ayrılmışdır.

Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrələnmə planı barədə Beynəlxalq Telekommunikasiya İttifaqının BTİ-T E.164 tövsiyəsi nəzərə alınmaqla, ölkə ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə planına keçirilməsi üçün “Yeni zona kodları” təsdiq edilmiş və 01.08.2011-ci il tarixindən tətbiqinə başlanılmışdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL