waplog

“Samsung” smartfonları üçün yeni istifadəçi interfeysi buraxılıb


“Samsung” şirkəti yeni “One UI” istifadəçi interfeysinin videosunu dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, yeni interfeysdə şirkət böyük smartfondan birəlli istifadə imkanına böyük diqqət yetirib. O, istifadəçinin əsasən ekranın aşağı hissəsindən yararlanmasına hesablanaraq yaradılıb.

Bundan başqa, minimal dizaynlı “One UI” interfeysinin digərlərindən fərqi interfeysin və “Samsung” internet brauzeri kimi əlavələrin dəstəklədiyi tündrəngli temadır.

Məlumata görə, “One UI” interfeysi “Samsung Experience” mobil əməliyyat sistemini əvəzləyəcək. Artıq icmalçılar tərəfindən beta versiyanın sınaqları keçirilib. “9To5Google” nəşri onun beş ən güclü tərəfini müəyyənləşdirib.

İstifadəçi interfeysi “Samsung Developer Conference” konfransında açılıb-yığılan smartfonla birlikdə təqdim olunub. Hazırda onun “Galaxy S9”, “S9+” və “Note 9” smartfon modelləri üzərində testləri aparılır. Bu smartfonlar üçün stabil versiyanın 2019-cu ilin birinci rübündə buraxılacağı gözlənilir.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL