waplog

3G-nin tətbiqi məlumat ötürmə xidmətlərinin qiymətini aşağı salacaq


3G üçüncü nəsil şəbəkəsinin işə salınması məqsədilə tezliklərin azad edilməsi vacibdir. Bu barədə "Azercell Telecom" şirkətinin prezidenti Əli Ağan mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, hazırda 3G-nin yerləşdirilməsi üçün Azercell-ə təqdim edilən tezliklər B&BTV (kabel televiziyası operatorı) şirkətindədir.

3G-nin yerləşdirilməsi məsələsinə toxunan şirkətin rəhbəri qeyd edib ki, "Azercell" artıq dörd ildir bu standartda rabitəni təqdim etməyə hazırdır.

Onun sözlərinə görə, şəbəkə kommersiya istismarına buraxıldıqdan sonra abunəçilər mövcud SİM-kartları dəyişdirməyə ehtiyac duymayacaqlar. Maliyyə baxımından 3G məlumat ötürmə xidmətlərinin ciddi şəkildə enməsinə səbəb olacaq.

Qeyd edək ki, artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azercell" və "Bakcell" mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üzrə lisenziya verib.

Habelə hər üç mobil operatora ən yeni 4G (LTE) mobil rabitə nəslinin tətbiqi üzrə təklifləri təqdim etmək tövsiyə olunub

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL