waplog

“HTC” şirkəti “Desire 12s” smartfonunu təqdim edib


Tayvanın “HTC” şirkəti “Desire” smartfon xəttinə “Desire 12s” modelini əlavə edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aparat 1440x720 piksel təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS ekran, 1,4 QHs-dək takt tezliyində işləyən 8 hesablama nüvəsinə malik “Qualcomm Snapdragon 435” prosessoru və “Adreno 505” qrafik bloku ilə təchiz edilib.
 
Versiyadan asılı olaraq əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3/4 və 32/64 qiqabayt təşkil edir. “MicroSD” formatlı daşıyıcıların qoşulması dəstəklənir.
 
Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir, LED işıqlandırıcıya, faza avtofokusuna və f/2.2 diafraqmasına malikdir. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir (f/2.4).
 
Həmçinin smartfon barmaq izləri skaneri, “4G LTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.2”, “GPS”, “QLONASS” və “NFC” simsiz kommunikasiya texnologiyalarına malikdir, akkumulyator batareyasının tutumu isə 3075 milliamper/saat təşkil edir. Aparat “HTC Sense UI” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
“HTC Desire 12s” smartfonu qara, gümüşü və qırmızı rəngli korpuslarda satılacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL