waplog

Afrikada internetin inkişafına 25 milyard dollar ayrılacaq


Ümumdünya Bankı 2030-cu ilədək Afrika ölkələrinin internetə çıxışını təmin etmək məqsədi ilə Afrikada informasiya texnologiyalarının inkişafına 25 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” resursuna istinadən yazır ki, Ümumdünya Bankı Afrika qitəsinin hər bir sakininin internetə çıxışını təmin etməyi öz qarşısına məqsəd qoyub. "Afrika üçün Rəqəmsal sıçrayış", həmçinin biznes və dövlət xidmətlərinin internetə qoşulmasını nəzərdə tutur.
 
Ümumdünya Bankı inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki kömək göstərmək üçün təsis edilmiş beynəlxalq maliyyə təşkilatıdır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL