waplog

Yeni sayt 5 saniyə ərzində şəkildəki fonu siləcək


Şəkildəki arxa fonu bir neçə saniyə ərzində silən “Remove.bg” saytı istifadəyə verilib. “Photoshop” proqramından istifadə etmək istəməyən istifadəçilər, sadəcə, şəkli sayta yükləyir və süni intellekt alqoritmləri fonu silir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu proses təxminən 5 saniyə çəkir. Ödənişsiz əsasda işləyən sayt şəkildəki mərkəzi obyekti avtomatik müəyyənləşdirərək onu şəffaf fona malik PNG formatında istifadəçiyə təqdim edir.
 
Tərtibatçıların sözlərinə görə, xidmət hələ ki yalnız insanı və sifəti tanıyır, çünki süni intellekt alqoritmləri belə öyrədilib.
 
“Remove.bg” saytına istənilən ölçüdə şəkil yükləmək mümkündür, amma çıxışda 500x500 piksel ölçülü şəkil təqdim olunur. Tərtibatçılar gələcəkdə bu limiti artırmağa dair söz veriblər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL