waplog

“WhatsApp” messencerində qrup zəngləri daha əlverişli olub


“WhatsApp” messencerinin tərtibatçıları “iOS” sistemində qrup videozənglərinin yaradılması prosesini sadələşdiriblər. Əvvəllər istifadəçilər təkbətək formatda ünsiyyətə başlamalı idi və yalnız bundan sonra digər iştirakçıları dəvət etmək imkanı əlçatan olurdu. İndi isə bir neçə toxunuşla bir neçə iştirakçıdan ibarət videoçat yaratmaq mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, "zənglər" (Calls) bölməsinə daxil olan istifadəçilər yuxarı hissədə sağ küncdəki yeni ikonkaya sıxa, zəng etmək lazım olan kontaktları və rabitə üsulunu (səsli və ya videoçat) seçə bilərlər. Ancaq videoçatda əvvəlki kimi eyni zamanda ən çox 4 istifadəçi iştirak edə bilər.
 
“WhatsApp” messencerinin yeni versiyası "iPhone" sahibləri üçün artıq əlçatandır. Messencerin “Android” üçün versiyasında videozəng funksiyası "tezliklə" təkmilləşdiriləcək.
 
Məlumat üçün bildirək ki, qrup videozəngləri illər öncə “Skype”da reallaşdırılıb: bu xidmətdə eyni zamanda 24-dək istifadəçi ünsiyyət saxlaya bilər. “FaceTime”də cari ilin oktyabrından istifadəçilərin sayına qoyulmuş limit 2-dən 32-dək artırılıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL