waplog

“Hubble” teleskopunun yaradıcısı vəfat edib


ABŞ-da “Hubble” kosmik teleskopunun yaradıcısı Nensi Qreys Roman vəfat edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun əmisi qızının sözlərinə görə, alim 93 yaşında uzun müddət sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məlumata görə, astronom teleskopun hazırlanmasında iştirak etməklə yanaşı, ABŞ Kosmik Agentliyində (NASA) rəhbər vəzifə tutan ilk qadın olub.

N.Roman 1949-cu ildə astronomiya elmləri üzrə doktorluq dərəcəsi alıb. 1959-cu ildə agentlikdə fəaliyyətə başlayan alim “Hubble” layihəsinə görə məsul olub. O, 1979-cu ildə agentliyi tərk etdikdən sonra “NASA” nəzdində Qoddard Kosmik Uçuşlar Mərkəzində işləməyə başlayıb.

1990-cı il aprelin 24-də kosmosa buraxılan “Hubble” teleskopu ultrabənövşəyi, infraqırmızı və optik diapazonlarda işləyir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL