waplog

“Amazon” yenidən dünyada ən bahalı şirkət adına layiq görülüb


ABŞ-ın “Amazon” şirkəti bazar kapitallaşması göstəricisinə görə yenidən “Microsoft”u geridə qoyaraq dünyada ən bahalı şirkət elan edilib. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, “Amazon”un kapitallaşma dəyəri 797 milyard, “Microsoft”da isə 789 milyard dollar olub. “Alphabet” şirkəti kapitallaşma dəyərinə (745 milyard dollar) görə 3-cü, “Apple” isə 4-cü yeri bölüşdürürlər.
 
“Amazon” şirkəti bazar kapitallaşmasına görə ilk dəfə 2018-ci ilin fevralında, ikinci dəfə isə dekabrda “Microsoft”u ötməyə nail olub. “Forbes” jurnalının versiyasına görə, “Amazon” şirkətinin direktoru Ceff Bezos planetin ən zəngin insanlarından ibarət reytinqə başçılıq edir. “Microsoft”un təsisçisi Bill Qeyts sözügedən reytinqdə ikinci yerdə qərarlaşıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL