waplog

Smartfonların istehsalı 2013-cü ilin səviyyəsinə enəcək


“Apple” – 2018-ci ilin sonunda öz qurğularına tələbatın azalması ilə üzləşmiş yeganə şirkət deyil. “Business Insider” nəşri yazır ki, yeni statistikaya görə, indi istehsalçılara istehlakçıları köhnə smartfonlarını yenisi ilə əvəz etməyə inandırmaq daha çətindir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Credit Suisse” bankı smartfon bazarında cari vəziyyəti qiymətləndirərək yaxın gələcəklə bağlı proqnoz verib. Analitiklərin proqnozu ürəkaçan deyil: hazırda smartfon bazarı eniş dövrünü yaşayır.
 
“Credit Suisse” bankının araşdırmasına görə, 2017-ci ilin son 3 ayı ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə smartfonların satış həcmi 3% azalaraq 357 milyon təşkil edəcək. Amma 2019-cu ilin birinci rübündə smartfon bazarının həcmi 19% azalaraq 289 milyon olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL