waplog

“Samsung” şirkəti süni intellektli “danışan” soyuducu təqdim edib


“Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2019” istehlak elektronikası sərgisi çərçivəsində süni intellekt texnologiyasının tətbiqi edildiyi “Family Hub” soyuducu layihəsini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısı “Family Hub” “ağıllı” soyuducu modelinin hazırlanması ilə 2016-cı ildən məşğuldur. Sərgidə şirkət soyuducuda ərzaqların olmasını, bu və ya digər ərzaqların istifadə müddətini öyrənməyə, eləcə də temperatur xarakteristikalarını dəyişməyə və soyuducunun donunu açmağa imkan verən “Bixby” səsli köməkçi funksiyası ilə təchiz edilən yeni model nümayiş etdirib.

Ərzaqla bağlı funksiya ilə yanaşı, “Bixby” xəbərlər dinləməyə, musiqini işə salmağa şərait yaradacaq və müxtəlif yeməklərin hazırlanması üçün reseptlər axtarmağa kömək edəcək.

Bundan əlavə, “Samsung” soyuducuda ərzaqların mövcudluğunu və hansılarının tükənməsini məsafədən öyrənməyə imkan verən “Family Hub” mobil proqramını nümayiş etdirib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL